EN

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu gümüş medal əldə edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.
"Report" xəbər verir ki, Aslan Kotsoyev (90 kq) finalda Serbiya təmsilçisi Milyan Raduljla üz-üzə gəlib.
Rəqibinə uduzan təmsilçimiz gümüş mükafatla kifayətlənib.
Eyni çəkidəki Tuncay Şamil italiyalı Henri Ovusuya qalib gələrək bürünc medal qazanıb.
Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Aslan Kotsoyev (90 kq) bu raundadək irəliləyə bilib.
O, həlledici qarşılaşmada Milyan Raduljla (Serbiya) güləşəcək. Eyni çəkidəki Tuncay Şamil bürünc medal uğrunda görüşdə italiyalı Henri Ovusunun müqavimətini qırmağa çalışacaq.
+100 kq-dakı Kənan Nəsibov üçüncü yer uğrunda Tomas Raska ilə (Çexiya) münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, daha əvvəl Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.
Chosen
252
50
oxu.az

10Sources