EN

Merilin Monronun əşyaları Londonda nümayiş etdirilir

Merilin Monroya məxsus 250-dən çox əşya Böyük Britaniyada ilk dəfə sərgilənəcək.

Publika.az xəbər verir ki, "Marilyn - The Exhibition" adlı sərgidə sevgi məktubları, atlas xalatları və makiyaj məhsulları yer alacaq.

Bunlar Hollivud ulduzuna məxsus 1500-dən çox əşyaya sahib olan Ted Stampferin şəxsi kolleksiyasındandır.

Londondakı film çəkilişlərindən xatirələr, onun Kraliça II Yelizaveta ilə görüşündən görüntülər və istehsal şirkətinə məxsus əşyalar sərginin əsas məqamlarıdır.

Onun ən məşhur paltarlarından bəziləri də nümayiş etdiriləcək.

Chosen
119
publika.az

1Sources