EN

Ucarda 16 yaşlı qızın qaçırılması araşdırılır

Ucarda 16 yaşlı qız qaçırılması araşdırılır.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a məlumat verilib.

 

Məlumata görə, faktla bağlı Ucar Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılır.

 

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

 

Qeyd: Bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə özünün "Facebook" hesabında paylaşım edib. O bildirib ki, Ucar rayonunun Bərgüşad kəndində 17 yaşlı yeniyetmə 16 yaşlı qızı qaçırıb.

Tarix: 7 Sentyabr 2024, 18:39   
Chosen
168
7
pravda.az

10Sources