EN

Masallıda 13 yaşlı uşaq qəzada öldü

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Heftelik.az-a verilən mlumata görə, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi “Vaz 21074” markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Chosen
107
50
heftelik.az

10Sources