EN

Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın yeni Baş naziri Mişel Barnyeni İrəvana dəvət edib.

Bu barədə Ermənistan KİV-i ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Paşinyan yeni Baş nazirə ünvanladığı təbrik məktubunda Ermənistan-Fransa çoxprofilli gündəliyinin birgə səyləri ilə genişləndirilməsinə və yeni proqramların həyata keçirilməsinə sadiqliyini vurğulayıb./Report

Chosen
67
9
musavat.com

10Sources