Fırıldaqçılar 79 yaşlı KQB generalı Yuri Yarovenkonu aldadıb 60 milyon rubl (1 milyon 80 min manat) pulunu ələ keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı yazır.
Bildirilir ki, cinayətkarlar özlərini FSB və pensiya fondunun işçiləri kimi təqdim edərək generalla əlaqə saxlayıblar. Onlar Yarovenkonu pensiyasının yenidən hesablanmasının zəruriliyinə inandırıblar. Nəticədə zərərçəkmiş əmanətlərini onlara göndərib. Daha sonra Yarovenko aldadıldığını anlayıb polisə müraciət edib.
Faktla bağlı cinayət işi açılıb.
Müəllif: Arzu