Biləsuvar rayonunda ot biçini davam edir.
"Report"un Muğan bürosunun məlumatına görə, əsas yem bitkisi hesab olunan yoncanın 4-cü biçini aparılır.
Biçin prosesi ilə yanaşı, quru ot bağlamalarının satışı da aparılır.
Fermerlərin sözlərinə görə, quru yonca otunun bağlamalarının qiyməti 1 manata yaxın bahalaşıb. Belə ki, ən qidalı ot hesab edilən yonca bağlamasının qiyməti 4-cü biçim üçün ötən il 4 manat olub. Hazırda isə bu qiymət 5 manata qədər bahalaşıb.
Fermerlər qiymətlərin bahalaşmasının əsas səbəbini bu il məhsuldarlığın aşağı düşməsi ilə əlaqələndirirlər.
"Cebheinfo.az"