Neftin bir barreli 40 dollar olsa, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməyəcək.
APA “The Singju Post”a istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Nyu-York İqtisadi Klubunda çıxışı zamanı deyib.
“Qalib gəlsək, bu müharibəni həll edə biləcəyimə inanıram. Mən bu müharibəni dayandıra bilərəm, çünki bu, dəhşətli müharibədir. Ukraynada isə sizin təsəvvür etdiyinizdən daha çox insan ölür”, - Tramp vurğulayıb.
Tramp seçiləndən sonra müharibəni tam olaraq necə dayandırmaq istədiyi ilə bağlı birbaşa cavab verməkdən yayınıb, lakin o, Rusiyanın müharibə səylərini maliyyələşdirməsinə kömək edən yüksək enerji qiymətlərinə son qoymaq istədiyinə işarə edib.