EN

BQXK rəsmisi: "Anonim mənbələrin fikirləri qurumun rəsmi mövqeyi sayılmamalıdır"

BQXK-ya istinad edən anonim mənbələrin fikirləri BQXK-nın rəsmi mövqeyi hesab edilməməlidir.

Bizim.Media xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Qeyd edək ki, avqustun 29-da Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi tərəfindən (OCCRP) Rasmus Kanbekin Azərbaycanla bağlı hazırladığı məqalə dərc olunub. Məqalədə anonim BQXK əməkdaşına istinadla bildirilib ki, Qarabağ regionunda BQXK-nın fəaliyyətinə guya maneə törədilir. Həmçinin Azərbaycan əleyhinə bir sıra iddia və ittihamlara da yer verilib.

İ.Hüseynova buna münasibət bildirərək vurğulayıb ki, belə mənbələrə ehtiyatla yanaşılmalıdır.

“Media ilÉ™ É™laqÉ™lÉ™rimiz münaqiÅŸÉ™nin tÉ™sirlÉ™rinÉ™ mÉ™ruz qalmış É™halinin ehtiyaclarını qarşılamaq istiqamÉ™tindÉ™ki fÉ™aliyyÉ™t imkanlarımıza É™hÉ™miyyÉ™tli tÉ™sir göstÉ™rÉ™ bilÉ™cÉ™yindÉ™n xÉ™bÉ™rdar olduÄŸumuza görÉ™ mövqeyimiz hÉ™rtÉ™rÉ™fli düşünülür. Bir çox hallarda biz, humanitar ehtiyacları qarşılamaq üçün çox tÉ™rÉ™fdaÅŸla razılaÅŸdırılmaya ehtiyac olan mürÉ™kkÉ™b ÅŸÉ™raitlÉ™rdÉ™ fÉ™aliyyÉ™t göstÉ™ririk. Bu insanlara yardım etmÉ™k üçün zÉ™ruri olan diplomatiya vÉ™ koordinasiya aidiyyÉ™ti qurumlarla ikitÉ™rÉ™fli dialoq vasitÉ™silÉ™ hÉ™yata keçirilir. Biz, bu görüşlÉ™rin mÉ™zmununu ictimailəşdirmirik. Uzun illÉ™r É™rzindÉ™ qazandığımız tÉ™crübÉ™ bizÉ™ göstÉ™rdi ki, bu, iÅŸimizi görmÉ™k üçün É™n tÉ™sirli yoldur”, - o qeyd edib.

İ.Hüseynova onu da əlavə edib ki, BQXK üçün missiyasına hörmətlə yanaşılması ümdə əhəmiyyət kəsb edir:

“Bizim kimi iÅŸi etibara É™saslanan bir qurum üçün ehtiyaclı insanlara dÉ™stÉ™k vermÉ™k mÉ™qsÉ™di ilÉ™ hÉ™yata keçirdiyimiz humanitar fÉ™aliyyÉ™tlÉ™rin mümkünlüyü naminÉ™ onun missiyasına hörmÉ™tlÉ™ yanaşılması ümdÉ™ É™hÉ™miyyÉ™t kÉ™sb edir”.

Bizim.Media

Chosen
76
10
bizim.media

10Sources