EN

Pezeşkian İranın paytaxtını KÖÇÜRÜR: “Tehranı saxlamaq mümkün deyil”

İran hökuməti ölkə paytaxtını köçürməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İran hakimiyyəti ölkənin paytaxtını cənuba, Fars körfəzi sahillərinə yaxınlaşdırmaq niyyətindədir. 

İran prezidenti Məsud Pezeşkianın sözlərinə görə, iqtisadi səbəblərdən Tehranı paytaxt kimi saxlamaq artıq mümkün deyil.

Onun bildirib ki, yeni paytaxt mərkəzi seçildikdən sonra bütün dövlət idarələri oraya köçürüləcək, daha sonra isə tehranlılara köçmək imkanı veriləcək.

Bizim.Media

Chosen
136
bizim.media

1Sources