Toy mövsümünün başlaması ilə ətin qiymətində artım müşahidə olunur.
Alıcılar da qiymətin artdığını bildirirlər. Satıcılar bildirir ki, qiymətin artmasının əsas səbəblərindən biri də mal-qara üçün nəzərdə tutulmuş yem və dərman məhsullarının bahalaşmasıdır.
Alıcılardan biri qiymət artımı ilə bağlı Baku TV-yə danışıb: "20 manata ət olar? Kasıb nə etsin, acından ölsün? Əvvəl ətin qiyməti 15-16 manat idi, indi 20 manat olub. Qiymətlər hər gün artır. Kasıb ət yeməli deyil?". vakansiyalar
Satıcı Elçin Həşimov isə deyir ki, dana əti hazırda 15 - 15,50 manat arasında dəyişir: "Quzu əti isə 19-21 manat arasındadır. Mal-qara üçün yem, ot qiymətləri yüksəldiyinə görə, istər-istəməz ətin qiyməti qalxır. Alıcı qüvvəsi zəifdir".
Daha ətraflı Baku TV-nin süjetində:
Telegram kanalımız