İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatında sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Ayxan Abdullazadə (65 kq) türkiyəli Avropa çempionu Abdullah Toprakla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdə minimal fərqlə məğlub olub – 5:6.
Xetaq Karsanov (97 kq) isə finalda Rizabek Aitmuxanla qarşılaşıb. Təmsilçimiz ötən il böyüklər arasında dünya çempionu olmuş Qazaxıstan güləşçisiylə bacarmayıb (0:10) və dünya çempionatında gümüş medalı boynundan asıb.