EN

Keçmiş dövlət katibi: ABŞ və Kanada real terror hücumu qarşısındadır

ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo hesab edir ki, ABŞ və Kanadaya qarşı terror hücumu təhlükəsi “çox realdır”.

Azreform.info xəbər verir ki, Pompeo bu barədə Fox News-a müsahibəsində danışıb və "Kanada və ABŞ-da artan terror təhlükəsi çox və çox realdır. FTB-nin qarşısında çox çətin bir vəzifə durur" deyib.

Pompeonun sözlərinə görə, bunun səbəblərindən biri miqrasiya böhranı olub: "Biz sərhədimizə nəzarət etmirik və bu, terror hücumu təhlükəsini kəskin şəkildə artırır".

Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi FTB-nin Kanada kəşfiyyat orqanları ilə birlikdə HƏMAS-ın İsrailə qarşı radikal hücumundan bir il sonra, 2024-cü il oktyabrın 7-də baş verə biləcək Nyu-York Yəhudi Mərkəzində kütləvi atışmanın qarşısını aldığını bildirmişdi. Kanadada terror aktı hazırlamaqda şübhəli bilinən pakistanlı Məhəmməd Şahzeb Xan saxlanılıb.(Musavat.com)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
2
azreform.net

5Sources