Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.İkiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib. Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.