EN

Bəs, Nahid Bağırov niyə həbs edilmədi? - Həbs olunan Əlişir Süleymanovun kirli zabit "şərəfi..."

Dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının İsmayıllı rayonunda əməliyyat keçirdiyi barədə məlumat yayıldı.

Bu gün açıqlanan rəsmi məlumatda göstərilir ki, əməliyyat nəticəsində saxlanılan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən Cahangir Surxayev barəsində həbs qətimkan tədbiri seçilib. Onların hansı sübutlar əsasında həbs edildiyi istintaqın işidir.Amma bu şəxslərlə bərabər İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov həbs edilsəydi, korrupsiya və rüşvətə qarşı həyata keçirilən bu əməliyyatı daha uğurlu hesab etmək olardı. Nə üçün?BİRİNCİSİ, ölkə üzrə bütün ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin icra başçılarının tapşırıqlarını icra etdiyi, “kassa” rolu oynadığı heç kəsə sirr deyil. Eləcə də Ə.Süleymanov və C.Surxayev rayonun icra başçısı N.Bağırova yaxınlıqları ilə seçiliblər və onun əmrlərini icra ediblər. Heç şübhəsiz ki, bu amil barələrində həbs qətimkan tədbiri seçilən Ə.Süleymanovu və C.Surxayevi cinayət məsuliyyətindən azad etmir.Əslində Nahid Bağırov da həbs edilməli idi… Faktlara keçək…O, qəsbkarlıqla məşğldur. Belə ki, N.Bağırovun “İvanovka” təsərrüfatına etdiyi qanunsuz müdaxilələr nəticəsində kolxoz külli miqdarda borclandırılıb. İcra başçısının əsas məqsədi təsərrüfatı borclandırıb daha sonra islahat olarsa, həmin kolxozun mülklərinə yiyələnmək, təsərrüfatı qəsb etməkdir.Əldə etdiyim məlumatlardan görünür ki, kolxozun torpaq sahələri 60/40 nisbətində bölgü əsasında əkilir. İvanovka kəndinin sakinləri də bilir və etiraf edirlər ki, icra başçısı N.Bağırov da bu bölgüyə şərikdir.Amma məsələ bununla da bitmir.

     

Əlişir Süleymanov

Rayonda fəaliyyət göstərən sahibkarlar N.Bağırovun qanunsuz müdaxilələri ilə üz-üzə qalıblar. İcra başçısı tərəfindən irəli sürülən qanunsuz tələblər və sahibkarlara qarşı həyata keçirilən total hücumlar rayondakı narazılıqları pik həddə çatdırıb.MƏSƏLƏN, N.Bağırov sahibkar Samir Babayevə məxsus torpağı müxtəlif qanunsuz üsullarla ələ keçirmək istəyir. Niyə? Çünki S.Babayevin İsmayıllı şəhərinin mərkəzində icarə müqaviləsi ilə götürdüyü torpaq daha yaxşı yerdədir, səmərəli və münbitdir, başçının da həmin torpağa gözü düşüb.İKİNCİSİ, icra başçısı N.Bağırovun məsuliyyətə cəlb edilməsi üçün saysız-hesabsız faktlar, iddialar və səbəblər var.Digər rayonlarda olduğu kimi, İsmayıllı rayonunda yolların əsaslı təmiri işləri aparılır. Bəs, sual olunur, İsmayıllı Rayon İcra Hakimiyyəti nə üçün hər ilin sonunda tender keçirir?Belə ki, İsmayıllı rayonunda yolların təmiri üçün ayrılmış vəsaitlər hər ilin sonunda sənədləşdirilir, yollarda asfakt örtüyünün çəkilməsi prosesi isə yay aylarında həyata keçirilir. Bəs, bu necə olur, asfalt ilin ortasında çəkilir, tender isə ilin sonunda keçirilir? Təkcə bu amil İsmayıllı rayonunda dövlət büdcəsinə külli miqdarda zərərin vurulduğunu deməyə əsas verir. Vəsaitlər təyinatı üzrə xərclənmir, talanır.İndi gələk, əsas məsələyə… Barəsində təkrar və klli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılan Əlişir Süleymanovun kimliyinə…Bu adamın İsmayıllı rayonunda vəzifədə işlədiyini həbs olunandan sonra bilmişəm. Əgər əvvəldən bilsəydim, onun haqqında yenə yazardım. Çox yaxşı tanıyıram. Onun külli miqdarda rüşvət aldığına, rayonu taladığına, hətta daha böyük cinayətlər törətdiyinə inanıram.Əlişir Süleymanov mənim 2008-2009-cu illərdə xidmət etdiyim 702 saylı hərbi hissənin (Füzuli rayonu) komandiri idi. Həmin vaxt rütbəsi mayor idi. Qərargahdan çölə çıxmırdı, döyüş bölgəsində yerləşən bir hərbi hissənin komandirinin kreslodan ayağa qalxmaması zabit şərəfinə yaraşmayan tərz idi. Ağ rəngdə “Prado” sürürdü.Post əsgərlərinin ərzaqını xüsusi maşınlarla hərbi hissədən daşıdıb Beyləqan rayonunda marketlərdə satırdı. Hətta döyüş postundan briqadaya düşəndə əsgər ərzaqlarının onun şəxsi maşınına – “Prado”ya yükləndiyinin dəfələrlə şahidi olmuşduq. Briqadanın ərazisində yerləşən taborun əsgərləri (onlar pulla, yaxud zənglə ora salınmış əsgərlər idi) pis-yaxşı yeyirdilər, amma post əsgərlərinə – bizə it yeməyi yedirirdilər. Düşmənlə bir neçə metr məsafədə yerləşən postlarımızda xidmət etmək hər əsgərin işi deyildi, “katyol”un tabordan gətirdiyi yeməkləri (iy verən perlova, qreçka) itin qabağına tökürdük, o da yemirdi. Qreçka ilə düşmən qabağında durmaq olardı?!Sağ olsun, postdakı bölük komandarimiz (həmin vaxt baş leytenant) Pərviz Quliyevin sayəsində azacıq da olsa, adam cildində qalmağı, ölməməyi bacardıq.Müxtəlif postlarda xidmət etdiyim 1 il ərzində Ə.Süleymanov bircə dəfə də olsun posta gəlmədi, əsgərlərin durumu ilə maraqlanmadı.Daha sonra nə baş verdi?Bir müddət olardı ki, xidmətimi başa vurmuşdum. Ə.Süleymanovun səriştəsiz və məsuliyyətsiz hərəkətləri nəticəsində hərbi hissədə biabırçı bir olay yaşandı. Elə bir olay ki, yazmaq olmur. Müdafiə naziri məcbur olub hərbi hissənin yerini dəyişdi. Ə.Süleymanov təxris olundu və onun həbsi məsələdə gündəmdə idi.Amma sonda nə baş verdi?Bakıdan hansısa “güclü əl” onu həbsdən azad etmək üçün dəlixanaya saldırdı, guya dəlidir. Daha sonra xəstəliklərlə onu məsuliyyətdən azad etdilər.İndi məlum olur ki, bu adam uzun illərdir İsmayıllı rayonunda yüksək vəzifədə işləyirmiş. Yəqin ki, əsgərlərin haqqı damağında qalıb. Amma bu dəfə çox yeyə bilmədi. Videolarını mənə göndərirlər, türkçülükdən, vətənpərvərlikdə dəm vurur, sosial şəbəkələrdə özünü reklam edirmiş. Vətənpərvərlik libası geyinmiş nə qədər belə rüşvətxor, talançı və cinayətkar var. Hələ mən onun haqqında nəyi yazmaq mümkündürsə, onları yazdım.Əsgər-zabitləri ağır söyüşlərlə təhqir edən, yanına xahiş üçün gələn gənc əsgərlərin valideynlərinə göz dikən (belə məlumatlar var idi) Əlişir Süleymanov layiq olduğu cəzanı almalıdır. Biz, postda bütün bu çirkin xəbərləri eşidirdik. Erməni ilə döyüşə göndərilən əsgərin anasına, bacısına, yaxın qohumlarına qarşı əxlaqsız təkliflər edən belələri zindanda da vicdan əzabı çəkən deyil. Və ən nəhayət, axıska türkü olduğunu deyirdilər. Sadəcə buna da inanmıram.

 

Müəllif: Samir Feyruzov

Chosen
116
8
hurriyyet.az

9Sources