Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” I mərhələdə ikinci oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunan Çempionlar yolunun II qrupunun 3-cü yer uğrunda görüşündə yerli “Lançxuti” klubu ilə qarşılaşıb.
Tskaltubo Texniki Mərkəzin stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin heyətində qolu 53-cü dəqiqədə Şehriban Dülek vurub.
“Neftçi” qrupun ilk oyununda Avstriyanın “Sankt-Pölten” (0:5) klubuna məğlub olub.