EN

Kim Çen In yeni hərbi dəniz bazasının tikinti prosesinə baxış keçirib

Şimali Koreya lideri Kim Çen In böyük yerdəyişmə qabiliyyətinə malik gəmilər üçün nəzərdə tutulmuş yeni hərbi-dəniz bazasının tikinti sahəsinə baş çəkib.

APA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“Modernləşdirilmiş və çoxfunksiyalı hərbi dəniz bazasının yaradılması regional təhlükəsizlik vəziyyətinə uyğun olaraq Hərbi Dəniz Qüvvələrinin qısa müddət ərzində güclü qoşun növünə çevrilməsi üçün əsas prosesdir”, - Kim Çen In vurğulayıb.

Eyni zamanda o əlavə edib ki, yaxın gələcəkdə KXDR-in böyük sualtı qayıqları və gəmiləri olacaq.

Chosen
179
27
apa.az

10Sources