Venesuela prezidentliyinə keçmiş namizəd və dissident Edmundo Qonzales Urrutia İspaniyadan siyasi sığınacaq alıb.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Delsi Rodriqes Telegram kanalında məlumat verib.
Qeyd edək ki, vitse-prezident Rodiqes açıqlamasında “Urrutia ölkəni təkr etdi” ifadələrindən istifadə edib.
Fidan Nuriyeva