EN

Fransada yeni baş nazirin təyin edilməsinə qarşı etiraz aksiyaları keçirilib

 

Ən böyük solçu "İtaətsiz Fransa" partiyasının rəhbəri Mélenchon sağ mərkəzçi Mişel Barnierin Nazirlər Kabinetinin başçısı təyin edilməsindən sonra tərəfdarlarını qarşıdurmaya hazırlaşmağa çağırıb.

 

Fransada minlərlə sol təmayüllü nümayişçi sağ mərkəzçi 73 yaşlı Mişel Barnierin baş nazir təyin edilməsinə etiraz etməyə başlayıb. Onlar bunu  prezident Emmanuel Makronun “hakimiyyət ələ keçirməsi” kimi gördüklərini və  etiraz üçün küçələrə çıxıblar.  AFP-nin şənbə günü, sentyabrın 7-də verdiyi məlumata görə, mitinqlər Parislə yanaşı, digər şəhərlərdə də - Nant, Nitsa, Marsel və Strasburqda keçirilib.

 

Polisin hesablamalarına görə, paytaxtda mitinqlərə 26 min, digər şəhərlərdə isə bir qədər az adam qatılıb.

Chosen
187
19
sam.az

10Sources