Bu ilin ilk 7 ayında Türkiyə Rusiyadan müxtəlif çeşidli 25,8 milyard dollarlıq mal idxal edib.525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azdır.Başqa sözlə, 2023-cü ildə bu rəqəm 28,38 milyard dollar təşkil etmişdi.Azalmaya baxmayaraq, Türkiyə yenə də ən çox Rusiya malı idxal etməkdədir. İkinci yerdə isə 25,4 milyardla Çin qərarlaşıb.Yeri gəlmişkən, sözügedən dövrdə Türkiyənin özü ən çox Almaniyaya məhsul ixrac edib – 11.9 milyard dollar. Böyük Britaniya 1,6 milyard dollarla ikinci, ABŞ isə 1,4 milyard dollarla üçüncü yerdədir.Qeyd edək ki, Türkiyə yanvar-iyul aylarında ümumilikdə 198,6 milyard dollarlıq məhsul idxal edib ki, bu ötən ilki dövrlə müqayisədə 8,3 faiz azdır. İxraca gəlincə, burada 4,1 faiz artım (148.7 milyard) müşahidə edilir..Analoq.az
Facebook-da paylaş