EN

26 il sonra eyni şəhər, eyni ölkə: Azərbaycan - Slovakiya

Azərbaycan yığması Millətlər Liqasının II turu çərçivəsində Slovakiyanın qonağı olacaq.

İdman.biz xəbər verir ki, Koşitsada keçiriləcək oyun həm seçməmiz, həm də rəqibimiz üçün əlamətdar olacaq.

Bu, slovakların tarixində Koşitse şəhərində keçiriləcək 7-ci oyun olacaq. Onlar son dəfə 26 il əvvəl məhz bu şəhərdə Azərbaycana qarşı son oyunu keçiriblər. 1998-ci ildə baş tutan matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar. Slovakiya Koşitsada keçirdiyi 6 matçda 4 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qalıb.

Qeyd edək ki, Slovakiya Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Emin Ağa
İdman.biz

Chosen
157
50
idman.biz

10Sources