EN

Ermənistanda atışma: polis kapitanı öldürüldü, avtomatlı cinayətkar o imiş - Detallar

Ötən gecə Ermənistanda yenidən silahlar işə düşüb.

Atışma sentyabrın 7-sində Armavir vilayətində baş verib. Nəticədə iki nəfər güllə yarası ilə Armavir tibb mərkəzinə yerləşdirilib.

Polis araşdırması nəticəsində məlum olub ki, adıçəkilən şəxslər Nalbandyan kəndində yaralanıblar.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, qurbanların daha çox olması və onların arasında polis əməkdaşlarının olması barədə əməliyyat məlumatı var. Fotomüxbirin qeyd etdiyi kimi, Armavir polis şöbəsinə Nalbandyan kəndində müəyyən vətəndaşın qanunsuz olaraq silah və sursat saxlaması barədə əməliyyat məlumatı daxil olub.

Polislər sözügedən yerə gəliblər və görünür, onun yanına gəldiklərini bilən bu vətəndaş xəbərdarlıq etmədən polisə atəş açıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yaraları alıb və xəstəxanaya yerləşdiriliblər. Onlardan kapitan rütbəli biri yolda keçinib.

Son məlumata görə, cinayəti törədən 41 yaşlı Manuk Marqaryan gecəyarısı saxlanılıb.

Armavir polisi Nalbandyan icmasında “VAZ 2107” markalı avtomobillə hərəkət edən Manuk Marqaryanı saxlayıb.

Hadisə barədə əlavə təgərrüatlar yayılıb. İlkin məlumata görə, polisin gəlişindən xəbər tutan 41 yaşlı cani avtomobildən avtomatı çıxararaq polisə atəş açıb, sonra maşından düşüb, atəşi davam etdirib, sonra isə qaçıb.

Atışma nəticəsində Armavir polis idarəsinin əməliyyatçısı, polis kapitanı Ayrapet Stepanyan ölüb, həmin idarənin ictimai polisi, polis leytenantı Artur Ayvazyan isə yaralanıb və Armavir tibb mərkəzinə yerləşdirilib.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan və onun müavini, polis rəisi, general-mayor Aram Hovhannisyanın rəhbərlik etdiyi polis və müstəntiqlər gəlib.

Mənbə: www.musavat.com

Aqreqator
Chosen
99
50
musavat.com

10Sources