Azərbaycanın minifutbol üzrə "Birbaşa" komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, həlledici mərhələyə gedən yolda "Andezit" (Ukrayna) klubu ilə üz-üzə gələn təmsilçimiz rəqibini penaltilər seriyasında (4:3) məğlub edib.
Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Digər yarımfinalda BKMK (Çexiya) "Orteqa Tvins"ə (İspaniya) 1:0 qalib gəlib.
Qeyd edək ki, “Birbaşa” ilə BKMK arasında final görüşü bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.