Minifutbol üzrə Azərbaycan çempionu “Birbaşa Bakı” bu gün Çempionlar Liqasında yarımfinal qarşılaşmasına çıxıb.
Arena.az xəbər verir ki, təmsilçimiz finala vəsiqə uğrunda Ukraynanın “Andezit” komandası ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Qalib penalti seriyasında müəyyənləşib. Daha dəqiq olan Azərbaycan çempionu 4:3 hesabı ilə qalib gələrək, finala yeksəlib.
Təmsilçimiz finalda “BKMK Brno” (Çexiya) ilə qarşılaşacaq. Oyun sabah Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Xatırladaq ki, qrup mərhələsini ikinci pillədə başa vurmuş “Birbaşa Bakı” 1/8 finalda Çempionlar Liqasındakı digər təmsilçimiz “AzNur”u (1:0), 1/4 finalda isə “Nova Vita Tarqu”nu (Rumıniya) (2:0) mübarizədən kənarlaşdırıb.
Çempionlar Liqası
Yarımfinal
8 sentyabr
“Birbaşa Bakı” – “Andezit” 1:1 (penaltilər 4:3)