Bakı. Trend:
Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinintəşkilatçılığı ilə Şamaxının Meysəri kəndində növbəti Üzüm və ŞərabFestivalı keçirilir.
Trend xəbər verir ki, festivalın açılışında AzərbaycanRespublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçıdirektoru Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri FuadNağıyev və digər rəsmi şəxslər, çoxsaylı qonaqlar iştirak edib.
Meysəri kəndində “Şirvan şərabları” MMC-nin üzümçülük vəşərabçılıq kompleksinin ərazisində iki gün ərzində təşkil olunanfestivalda Azərbaycandan və digər ölkələrdən bir sıra sevilənsənətkarlar, qruplar çıxış edir.
Səhnədə Aygün Kazımova (8 sentyabr), Azad Şabanov (7 sentyabr),Kubadan dəvət olunan müğənni və rəqqasə Edqlis Hayle (7 sentyabr),Elvin Mirzəzadə (8 sentyabr), “Good Girls” qrupu (7 sentyabr),Gürcüstanın məşhur qruplarından Niko’s Band (7 sentyabr), MadTeen &Rəssam (8 sentyabr), Roman&Nirvana Band (8 sentyabr), Şəhriyarİmanov və Teymur Süleymanbəyli dueti (7 sentyabr),festivalın həriki günündə Dj Amalov çıxış edir.
Festival ərazisi müxtəlif interaktiv zonalara bölünüb:dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klasslar, ocümlədən şərabla rəsm master-klassı, açıq havada film nümayişi.