HƏMAS-ın daha bir rəhbər şəxsi öldürüldü
Qəzza zolağının şimalında Fələstinin HƏMAS hərəkatının daxili təhlükəsizlik rəhbərinin müavini İsrailin hava hücumu nəticəsində həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, söhbət polkovnik Məhəmməd Mursidən gedir.
Qeyd olunub ki, o, ailəsinin 3 üzvü ilə birlikdə Cəbəliyədəki evinə hücum zamanı həlak olub.
Bundan əvvəl “Əl-Cəzirə” telekanalı İsrailin Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində yaşayış binasına endirdiyi zərbələr zamanı 4 nəfərin öldüyünü bəyan etmişdi.