Fransa millisinin qapıçısı Mayk Menyan Millətlər Liqasının ilk turunda İtaliya ilə oyunda məğlubiyyətdən (1:3) sonra komandanın çıxışını tənqid edib.
QOL.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb. Qapıçı görüş başa çatdıqdan dərhal sonra soyunub-geyinmə otağında həmyerlilərinin oyununu kəskin tənqid edib. O, komanda yoldaşlarını mübarizə aparmamaqla və yaxşı fiziki formada olmamaqla günahlandırıb.
Qeyd edək ki, Menyan 2020-ci ildən Fransa millisinin üzvüdür.