Qazaxıstanın Manqistau vilayətindəki məktəbdə kütləvi qida zəhərlənməsi baş verib.
Referans.az xəbər verir ki, bu barədə Regional Səhiyyə İdarəsi məlumat yayıb.
Məlumata görə, sentyabrın 6-da Munaylı rayonundakı 8 saylı məktəbin 141 şagirdi qarın ağrısı və qızdırma ilə üzləşib. Hazırda onlardan 82-si ev nəzarətindədir, 16 uşaq isə xəstəxanadadır.
Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.