Todd Bouli "Çelsi"də səhmlərin böyük hissəsinə sahib olmaq arzusundadır.
Sportnet.az xəbər verir ki, bu barədə Britaniyanın "Telegraph" nəşri məlumat yayıb.
Amerikalı biznesmen "Clearlake Capital"ın sahib olduğu səhmləri almağa hazır olduğunu bildirib. 61,5 faizlik səhmlər paketini almaq üçün 2,5 milyard funt sterlinq tələb olunur. Amma şirkət bununla razılaşmayıb.
Qeyd edək ki, son günlərdə Todd Bouli "Clearlake Capital" arasında anlaşılmazlıq yarandığı xəbərləri yayılıb.