EN

İranda uşaqları qaçırmağa cəhd edən əfqan vətəndaşları saxlanılıb

Bakı, TurkicWorld

İranın cənubundakı Hörmüzqan vilayətinin Parsiyan rayonunda Kəşfiyyat Nazirliyi və İnqilab Keşikçiləri Ordusunun birgə keçirdiyi əməliyyat nəticəsində 12 Əfqanıstan vətəndaşı saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə İranın Mehr Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə çoxlu sayda uşaq və gənci silahla qaçırmağa cəhd edən 12 Əfqanıstan vətəndaşı ədliyyə orqanlarına təhvil verilib.

İran rəsmiləri son zamanlar qeyri-qanuni mühacirlərin, xüsusən də Əfqanıstan vətəndaşlarının ölkədə bir çox problemlər yaratdığını və ölkəyə qeyri-qanuni yollarla daxil olan əcnəbilərin deportasiya ediləcəyini bəyan edib.

İran prezidenti Məsud Pezeşkiyan da seçki kampaniyası zamanı qeyri-qanuni miqrantların ölkədə narkotik və məşğulluq kimi ciddi sosial zərərlərə səbəb olduğunu və bu problemi həll edəcəklərini bildirib.

Hafiz Rufizoğlu

Chosen
141
turkic.world

1Sources