EN

''Bayer-04''ün forvardı ''Qalatasaray''ın formasını satışa çıxardı

''Qalatasaray''ın yeni hay-küylü transferi Viktor Osimhen gündəmi zəbt etməkdə davam edir.

25 yaşlı futbolçu hazırda ölkəsi Nigeriya yığmasının düşərgəsindədi. Nigeriyanı Afrika Millətlər Kubokunun seçmə mərhələsində Benin və Ruanda ilə oyunlar gözləyir.

Bu arada Osimhenin yığmadakı hər komanda yoldaşına ''Qalatasaray'' forması hədiyyə etdiyi məlum olub. Onun hədiyyə verdiyi isimlərdən biri olan Viktor Bonifeys isə sarı-qırmızı forma ilə maraqlı paylaşım edib. Almaniyanın son çempionu ''Bayer-04''ün əsas qol silahı sayılan 23 yaşlı forvard öz səhifəsində məzəli bir paylaşım edərək ''Qalatasaray'' formasını satışa çıxarıb. Bonifeys şəkilin üzərində ''10 milyon avroya satılır'' ifadəsini yazıb. Onun bu paylaşımı ''Qalatasaray'' fanatlarının böyük marağına səbəb olub.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
football-plus.az

1Sources