“Liverpul”un əfsanəsi, şotland keçmiş müdafiəçisi və kapitanı Ron Yeyts cümə günü, sentyabrın 6-da 86 yaşında dünyasını dəyişib.
Arena.az bu barədə “Liverpul”un rəsmi saytına istinadən məlumat verir.
Son illərdə Ron Yeyts Altsheymer xəstəliyindən əziyyət çəkirdi.
Yeyts 1961-1971-ci illərdə “qırmızılar”ın heyətində çıxış edib. Şotland futbolçu “Liverpul”un heyətində 454 oyun keçirib və bu oyunların 400-dən çoxunda “qırmızılar”ı meydana kapitan sarğısı ilə çıxarıb. “Liverpul”un tarixində yalnız keçmiş ingilis yarımmüdafiəçi Stiven Cerrard kapitan olaraq daha çox oyun keçirib.
Ron Yeyts futbolçu karyerasına 1977-ci ildə xitam verib. 1986-cı ildə Yeyts “Liverpul”a baş skaut vəzifəsində qayıdıb və 2006-cı ilə qədər “qırmızılar”ın uğurları üçün çalışıb.
Yeyts futbolçu ikən “Liverpul”la ikiqat İngiltərə çempionu (1963/1964, 1965/1966), İngiltərə Kubokunun ikiqat (1964/1965) və İngiltərə Super Kubokunun üçqat (1964, 1965, 1966) qalibi olub.