EN

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qarışıq komanda yarışında qızıl medal qazanıblar.

Yenisabah.az xəbər verir ki, tatami ustalarımız mübarizəyə 1/8 finaldan başlayaraq həlledici mərhələyə qədər maneəsiz irəliləyiblər.

Finalda Fransa idmançılarını 4:3 hesabı ilə məğlub edən komandamız tarixində ilk dəfə Avropa çempionatının qarışıq komanda yarışında çempion olub. vakansiya

Qeyd edək ki, cüdoçularımız 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında da birinci yeri tutublar.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
7
yenisabah.az

10Sources