EN

Tələbələr ən çox bu səbəblərdən universitetdən xaric olunur

  2023-2024-cü tədris ilində Azərbaycanda ali təhsil müəssisələrindən xaric edilən tələbələrin sayı məlum olub.

Belə ki, bu il dövlət ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində xaric olunan tələbələrin sayı 582-dir.

Bəs, görəsən, universitetlər üzrə bu say nə qədərdir?

Mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə bildirilib ki, 2023/2024-cü tədris ilində 94 tələbə universitetdən xaric olunub nəfəri transferdir:

“Onlardan 50 nəfəri transfer səbəbi ilə xaric olunub. 74 nəfəri isə davamiyyətsizlik, təhsil müddətinin uzanması, əlaqənin kəsilməsi, nizam intizam qaydalarının pozulması, şəxsi səbəblər və s. bu kimi səbəblərdən universitetdən xaric edilib”.

Azərbaycan Texniki Universitetinin (AzTu) mətbuat katibi Sevinc İsgəndərova qeyd edib ki, 2023/2024-cü tədris ilində 225 tələbə xaric olunub:

“Universitet ilə əlaqə saxlamadığına görə 151, öz arzusu ilə 68, nizam -intizam qaydalarını pozduğuna görə 3 və vəfatı ilə əlaqədar 3 nəfər xaric edilib”.

Azərbaycan Universitetinin (AU) mətbuat xidmətindən bildirilib ki, yanvar ayından etibarən 40 tələbə ali məktəbdən xaric edilib.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinn rəhbəri Günel Aslanova qeyd edib ki, 2023-2024-cü ili ərzində universitetdən 176 tələbə xaric edilib:

“Onlardan 53-ü yerli tələbə, Naxçıvan Dövlət Universitetinə köçürülən 9 tələbə, Gülhanə TA -8 nəfər və 36 nəfər isə digər səbəblərdən xaric olunub. 123 əcnəbi tələbə, YÖK -35 nəfər, və 88 nəfər isə digər səsblərdən xaric edilib”.  

Chosen
109
2
referans.az

9Sources