EN

“Sumqayıt” serbiyalı futbolçu ilə danışıq aparır

“Sumqayıt” klubu heyətinə yeni legioner cəlb edəcək. 

Bizim.Media xəbər verir ki, hazırda serbiyalı futbolçu Marko Pavlovski ilə danışıqlar aparılır.

Artıq Pavlovski komandanın düşərgəsinə gəlib. Əgər məşqçilər korpusu futbolçunun hazırlığından razı qalsa, onunla müqavilə imzalanacaq. 

Serbiyanın gənclər yığmasının keçmiş üzvü olan Pavlovski “Portu”, Apollon” və “Belqrad” kimi klublarda oynayıb. Onun sonuncu klubu isə Qazaxıstanın “Aksu” komandası olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
97
50
bizim.media

10Sources