EN

Volodimir Zelenski kadr dəyişikliyi edib

Ukrayna prezidenti Volodimir Zelenski dövlət başçısının ofisində kadr dəyişikliyi edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərarlar idarənin saytında dərc olunub.

Əvvəllər Ukraynanın reinteqrasiya naziri vəzifəsində çalışmış İrina Vereşçuk ölkə prezidentinin aparat rəhbərinin müavini təyin edilib. Ukraynanın keçmiş strateji sənaye naziri Aleksandr Kamışin prezidentin strateji məsələlər üzrə ştatdankənar müşaviri olub.

Əvvəllər Zakarpat Regional Hərbi Administrasiyasının rəhbəri olmuş Viktor Mikita Ukrayna prezidentinin aparatının rəhbərinin daha bir müavini təyin edilib. Jurnalist Dmitri Litvin prezidentin kommunikasiyalar üzrə müşaviri olub.

Chosen
126
6
iqtisadiyyat.az

8Sources