Venesuela prezidentliyinə keçmiş namizəd və Nikolas Maduronun son seçkilərdəki əsas rəqibi Edmundo Qonzales Urrutia ölkəni tərk edərək İspaniyadan siyasi sığınacaq istəyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vitse-prezident Delsi Rodriqes Telegram kanalında bildirilib.
…İspaniya Krallığının Karakasdakı səfirliyində bir neçə gün könüllü qaçqın kimi qalan vətəndaş Edmundo Qonzales Urrutia ölkəni tərk edərək bu ölkənin hökumətindən siyasi sığınacaq istəyib.
Bunu Venesuela vitse-prezidenti yazıb.
Siyasətçinin sözlərinə görə, bu məsələnin həlli üçün iki dövlətin hökumətləri əlaqə saxlayıb. Qonzales Venesuelanı tərk edə bilməsi üçün ona “lazımi mühafizə sertifikatı” verilib.
Xatırladaq ki, prezident seçkilərində rəsmi məlumatlara görə, Qonzales 44, Maduro 51,2 faiz səs toplayıb. Səsvermənin nəticələrinin açıqlanmasından sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb və müxalifət nəticələrlə razılaşmayıb.
Əli Babayev