EN

Braziliyada Azərbaycanın təşəbbüslərindən danışıldı

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Braziliya Beynəlxalq Münasibətlər Mərkəzində (CEBRI) keçirilən paneldə Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışıb.

Bu barədə Teleqraf.com-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindən məlumat verilib.

Bildirilib ki, Y.Rəfiyev “Qitələri birləşdirən: Bakıdan Belenə İqlim Liderliyi üzrə Dialoq” adlı panel müzakirəsində iştirak edib.

O, panel iştirakçılarına COP29 danışıqlarından gözlənilən nəticələri, konfransın gündəliyi çərçivəsində Azərbaycanın təşəbbüsləri, həmçinin COP29-un potensial uzunmüddətli qlobal mirası haqqında məlumat verib.


Müəllif: Teleqraf.com
Chosen
116
18
teleqraf.com

10Sources