EN

İspaniya millisində ciddi itki

İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunun İsveçrə yığması ilə oyununda iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, ispaniyalı futbolçu zədə səbəbindən matçı buraxacaq. Olmo Serbiya millisi ilə əvvəlki oyunda zədələnib. Oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb.

26 yaşlı yarımmüdafiəçi yay transfer pəncərəsində 55 milyon avro qarşılığında “Leyptsiq”dən “Barselona”ya keçib. Tərəflər 2030-cu ilin ortalarına qədər müqavilə imzalayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
4
bizim.media

5Sources