EN

İsrailə elə bir anda zərbə endirəcəyik... - İran

İran hakimiyyəti HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə görə İsrailə lazımi anda cavab verəcək, lakin Tehranın tədbirləri apreldəki hücumlardan fərqli olacaq.


News365.az xəbər verir ki, bunu İranın İraqdakı səfiri Məhəmməd Kazım Əl-Sadiq deyib.


"Cavab parametrləri, icrası, gücü baxımından əvvəlki hərəkətlərdən fərqli olacaq. Onlar təhlükəsizlik qüvvələrinin və silahlı qüvvələrin komandirləri tərəfindən münasib vaxtda və uyğun yerdə müəyyən ediləcək",- o bildirib.


Səfir qeyd edib ki, İranın 2024-cü il aprelin 14-də İsrailə endirdiyi ilk “Doğru vəd” əməliyyatı güc nümayişi idisə, ikinci belə əməliyyat gücdən istifadə olacaq.

Chosen
202
50
news365.az

10Sources