EN

“Rahatlığın məkanı” ilə bağlı Baş Prokurorluğa müraciət edildi – FOTO

“Rahatlığın məkanı” olan MMC sakinlərdən təmirsiz, təhvil verilməmiş mənzillərə görə kommunal xidmət haqqı tələb edir. Tribunainfo.az bildirir ki, bu barədə sakinlər şikayət paylaşıb. Şirkət bu azmış kimi, sayğacların quraşdırılması üçün hər mənzildən 1500 manat istəyir. Sakinlərin sözlərinə görə, hər iki tələb qanunsuzdur.
“Təhvil-təslim edilməmiş mənzilə görə hansı məntiqlə kommunal xidmət haqqı tələb edir? Yaxud əhali üçün sayğaclar pulsuz olduğu halda 1500 manat hansı qanuna, hansı məntiqə əsasən tələb olunur?” – deyə sakinlər şikayətində sual edir. Qeyd edək ki, mənzildə yaşayış olmadığı halda kommunal haqların yığılması özfəaliyyətdir. Sayğacların quraşdırılmasına gəlincə, sakinlər “Azərişıq” ASC, “Azəriqaz” QSC və “” Azərsu” ASC-dən kömək istəyib. Həmçinin, şirkətin bu tələbləri ilə bağlı Baş Prokurorluğa müraciət edilib.

Chosen
106
50
tribunainfo.az

10Sources