Sistan və Bəlucistanda ciddi su qıtlığı yaşanır.
İnterpress.az xəbər verir ki, bu barədə İranın müxalif “İran İnternational” kanalı Zahidanın İslam Respublikası parlamentindəki nümayəndəsi Malikiyə istinadən məlumat yayıb.
O bildirib ki, İranın ölkənin cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində kəskin su qıtlığı yaşanır.
Onun sözlərinə görə, Taliban hələ də Helmand çayından İrana su hüququnu ötürməyib.
“Taliban inanır ki, daşqınlar su hüququ deməkdir”, – Maliki əlavə edib.
Xatırladaq ki, İran və Əfqanıstan arasında gərginlik vaxtaşırı Taliban tərəfindən 1973-cü ildə imzalanmış suyun bölüşdürülməsi müqaviləsini pozması səbəbindən artıb.
Razılaşmaya görə, Əfqanıstan hər il Helmand çayından 820 milyon kubmetr su buraxmağa borcludur, lakin İran hakimiyyəti Kabilin su daxil olmasına girişi əngəllədiyini bildirib.
Tehran Talibana xəbərdarlıq edib ki, o, “İranın su hüquqlarına hörmət etmək üçün təzyiq göstərməkdən çəkinməyəcək”.
Xuraman Etibarlı
İnterpress.az