Dünyanın ilk qəzetlərindən bir olan , Böyük Britaniyanın "The Times" nəşri növbəti dəfə İran və Ukrayna arasında münasibəti gərginləşdirməyə nail olub .
Adalet.az xəbər verir ki, nəşr əvvəlki saylarında İranın Rusiyaya PUA-lar verdiyini, Rusiyanı müasir silaharla təmin etdiyini yazırdı. Ötən gün isə İranın Rusiyaya 200-dən çox ballistik raket göndərdiyini yazıb .
Nəşrin məlumatında deyilir ki, bu partiyada, ehtimal ki, 112 km-ə qədər məsafədəki hədəflərə çatan Fat-300 raketləri var.
Nəşrin təbliğatından gəlinən nəticə odur ki, İranın Rusiyaya ballistik raketlər satmasında məqsədi Rusiyanın dərinliklərindəki hədəflərinə NATO-nun uzaqmənzilli zərbələrinə zəmin hazırlamaqdır. Hətta dünya mediası İranın bu məqsədlə Rusiyaya ballistik raketlər göndərdiyinə dair bir sıra xəbərlər dərc etməyə davam edir.
Amma Ukrayna Xarici İşlər Nazirliyi dünya mediası kimi düşünmür və bunu İranın təxribatçı əməli kimi qiymətləndirir. Odur ki, Ukrayna XİN məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:”Rəsmi Tehrana xəbərdarlıq edirik ki, İranın ballistik raketləri Rusiya Federasiyasına ötürməsi faktı təsdiqlənərsə, bu, Ukrayna-İran ikitərəfli münasibətləri üçün dağıdıcı nəticələrə səbəb olacaq”.
Baxmayaraq ki, İranın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda İranın münaqişə tərəflərinə, o cümlədən Ukraynaya silah vermədiyini və bütün ölkələri bundan nümunə götürməyə çağırdığını vurğulayıb.
Amma Ukrayna İranın bu bəyanatını qeyri səmimi hesab edib. Ukrayna rəsmi orqanlarının bəyanatında o da vurğulanıb ki, İran Rusiyaya silah verməməsi ilə bağlı bəyanatlarının səmimiliyini sözlə deyil, əməlləri ilə sübut etmək üçün bu ölkəyə silah tədarükünü tamamilə və birdəfəlik dayandırmalıdır.
Qeyd edək ki, hələ bu ayın ilk günündə Avropa rəsmiləri İranın yaxın gələcəkdə Rusiyaya ballistik raketlər tədarük edəcəyini gözlədiklərini bildirmişdilər. Birləşmiş Ştatlar və NATO müttəfiqləri Tehranı belə bir addımla bağlı dəfələrlə xəbərdar edib və bunun qarşısını almaq üçün diplomatik səylər göstəriblər.
Əntiqə Rəşid