Kareliyanın Segeja şəhərində şaurmadan zəhərlənənlərin sayı 113 nəfərə çatıb.
Medianews.az bu barədə Lenta.ru-ya istinad edərək xəbər verir.
Sentyabrın 7-də səhər saatlarına olan məlumata görə, 110-dan çox insan kəskin bağırsaq infeksiyasından şikayət edib. Şauarma ilə zəhərlənənlərin hamısına orta ağır formada baş verən salmonellyoz diaqnozu qoyulub.
Zərərçəkənlər arasında 46-nın 17 yaşına qədər uşaq olduğu dəqiqləşdirilir.
Segejada şaurmadan kütləvi zəhərlənmə sentyabrın 4-də məlum olub. Prokurorluğun müstəntiqləri müəyyən ediblər ki, zərərçəkənlərin hamısı eyni iaşə məntəqəsindən hazır yemək alıblar.
Medianews.az