EN

Narinin cəsədi bu halda tapılıb -

Türkiyənin Diyarbakır şəhərində itkin düşdükdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı yeni detallar açıqlanıb.Metbuat.az türk mediasına istinadən xəbər verir ki, ilkin baxış keçirən mütəxəssislər cəsədin üzərində 91 bioloji qalıq tapıldığını bildiriblər:"Sol ayaqda diz qapağından başlayan qopma var. Cəsədin tapıldığı kisənin içində Narinə aid olduğu bildirilən ayaq sümüyü çıxdı. Ayaqdakı qopmanın səbəbi incələmələrdən sonra bəlli olacaq".

Mütəxəssislərin ilkin məlumatına görə, cəsəddə ciddi səviyyədə çürümə başlayıb və ölüm səbəbini ilk baxışda konkretləşdirmək mümkün olmayacaq. Cəsəddə gözlə görüləcək səviyyədə kəsici alət və ya silah yarası yoxdur. Daxili qanaxma da təsbit edilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
48
metbuat.az

10Sources