EN

Bu Asiya ölkəsində göyərçinləri bəsləyənlər cərimələnəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Honq-Konq hakimiyyəti sentyabr ayından şəhər sakinlərini və qonaqlarını göyərçinləri və digər vəhşi heyvanları bəslədiklərinə görə cərimələməyə başlayıb.

Banco.az xəbər verir ki, şəhər hökumətindən verilən açıqlamaya görə, cərimə 100 min Honq-Konq dollarına (təxminən 12,8 min dollar) qədər olacaq.

Bildirilir ki, avqustun 1-dən Honq-Konqda vəhşi heyvanların bəslənməsinə görə cəzalar on dəfə sərtləşdirilib. Cərimə 10 mindən 100 min Honq-Konq dollarına (1,28-dən 12,8 min dollara) yüksəldilib.

Bəslənməsi qadağan edilən heyvanların siyahısına meymunlar və çöl donuzları, eləcə də küçə göyərçinləri daxildir. Eyni zamanda, davamlı qanun pozucuları bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Honq Konq hökumətinin Kənd Təsərrüfatı, Balıqçılıq və Mühafizə Departamentinin bildirdiyi kimi, bu cür tədbirlər ekoloji tarazlığı qorumaq və vəhşi heyvanların şəhərə cəlb edilməsinin qarşısını almaq məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
136
35
banco.az

10Sources