EN

Dedim, boğublar, cəsədi sudadır – Narin Güranın meyitini Zirəddin tapıb?


Azərbaycanlı ekstrasens Zirəddin Rzayev Türkiyədə 19 gün əvvəl itkin düşən, bu gün meyiti tapılan 8 yaşlı Narin Güran haqda Türkiyə polisinə məktub ünvanladığını açıqlayıb.


NUH.az   xəbər verir ki, Z.Rzayev bu barədə globalinfo.az-a məlumat verib.

O, sentyabrın 2-də Türkiyə Diyarbakır polis idarəsinə müraciət edərək, uşağın öldürüldüyünü və cəsədinin suda olduğunu bildirib.

Zirəddin Rzayev qeyd edib ki, verdiyi məlumatdan sonra Türkiyə güc strukturları suda axtarış apararsalar da, nəticə əldə etməyiblər. Lakin bu gün təsadüf nəticəsində 8 yaşlı uşağın cəsədini torbada suyun içərisində tapıblar.


Chosen
180
1
nuh.az

10Sources