EN

Türk ekspert: "Ankara Ukrayna böhranının həlli ilə bağlı vasitəçiliyi Azərbaycana təhvil verə bilər"

Türkiyə Ukrayna böhranının həlli ilə bağlı danışıqların aparılmasında vasitəçiliyi Azərbaycana təhvil verə və Moskva isə müvafiq variantı qəbul edə bilər. 

Qaynarinfo xəbər verir ki, bunu RİA Novosti-yə açıqlamasında türkiyəli analitik Engin Özer deyib.

"Bir seçim ola bilər ki, Türkiyə İstanbul danışıqlarında razılaşdırılmış bütün məqamları Azərbaycan tərəfinə ötürsün", deyə o, Ankaranın bu məsələdə tam diplomatik dəstək verəcəyini vurğulayıb.

Özerin fikrincə, Ukrayna münaqişəsinin həllində Rusiyanın təsdiq etdiyi vasitəçi dövlət beynəlxalq aləmdə mövqeyini xeyli gücləndirəcək və buna görə də Moskva onun NATO ölkəsi olmasını istəmir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyanın Sernobbio şəhərində keçirilən "Dünya, Avropa və İtaliya haqqında məlumat" beynəlxalq forumunda Moskva ilə Kiyev arasında münaqişənin həllində Bakının iştirakını istisna etməyib.

"Əgər hipotetik imkandan danışırıqsa, bu, tamamilə mümkündür. Əvvəla nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayırıq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq", deyə dövlət başçısı bildirib.

Azərbaycanın iki ölkə ilə münasibətlərin praqmatizmini nəzərə alaraq bu prosesdə müəyyən rol oynaya biləcəyini vurğulayan Prezident qeyd edib:

"Biz heç vaxt bu proseslə bağlı təşəbbüs irəli sürməmişik. Bilirəm ki, bu işdə iştirak etmək istəyənlər çoxdur. Amma iştirakımız tələb olunarsa, biz hazırıq".

Aydın


Chosen
144
50
qaynarinfo.az

10Sources