EN

Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç medal qazanıblar

Azərbaycanın sumo güləşçiləri Polşanın Krotoşin şəhərində keçirilən dünya çempionatında üç medal əldə ediblər. SİA-nın məlumatına görə, yığmanın hər üç üzvü bürünc mükafata sahib çıxıb.

80 kq-da Cavidan Nəhmətov, 85 kq-da Şərif Abdullah və 100 kq-da Çingiz Səmədov fəxri kürsüdə yer alıb.

Chosen
17
8
sia.az

9Sources