EN

Karlsen sürətli şahmat üzrə dünya çempionatının qalibi oldu

Norveçli Maqnus Karlsen sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı qrossmeyster finalda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

Karlsen rəqibini böyük üstünlüklə məğlub edib – 23,5:7,5.

Turnirdə son illərin ən gözlənilən görüşlərindən biri də baş tutub. Karlsen yarımfinalda saxtakarlıqda ittiham etdiyi Hans Nimannı (ABŞ) beş xallıq üstünlüklə məğlub edib.

Chosen
20
8
futbolinfo.az

9Sources